Əmtəə bazarı haqqında

12.08.2013

2013-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət bazarında əhaliyə 10,7 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çox müxtəlif istehlak malları satılmışdır. İstehlak mallarının 52,1 faizini ərzaq, 47,9 faizini qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,5 faiz bəndi artmışdır.
Yanvar-iyul aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,3 milyon manat təşkil etmişdir. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 86,1 faizini hüquqi, 13,9 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 92,8 faizini qeyri-ərzaq malları təşkil etmişdir.

əlaqə telefonu: 538-22-57