2013-cü ilin yanvar-iyul aylarında sənayenin işi haqqında

13.08.2013

Ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar-iyul aylarında 19,6 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, sənayenin qeyri-neft sahələrində 3,4 faizlik artım, neft sektorunda isə 0,3 faizlik azalma müşahidə olunmuşdur. İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,9 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Yeddi ay ərzində 25,5 milyon ton neft, 10,3 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilmişdir. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, kağız və karton, poliqrafiya, kimya, tikinti materiallarının, metallurgiya, kompyuter və elektron avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.

Tel. 539-21-39