2013-cü ilin yanvar-iyun aylarında “İpək yolu”nda nəqliyyatın fəaliyyəti haqqında

14.08.2013

Cari ilin birinci yarsında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 29,0 milyon ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz çox yük, 138,7 milyon nəfər və ya 7,3 faiz çox sərnişin daşınmışdır. Dəhlizdə daşınmış yüklərin 45,7 faizi avtomobil, 36,3 faizi dəmir yolu, 18,0 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 6,5 faiz, dəmir yolu nəqliyyatında 1,9 faiz artım qeydə alınmışdır.
Dəhliz vasitəsilə daşınmış yüklərin 25,8 faizini və ya 7,5 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
Yük daşımaları fəaliyyətindən 226,3 milyon manat, sərnişin daşınmasından isə 46,5 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 5,9 faiz və 14,5 faiz artmışdır.

Tel: 538 62 96