Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin yanvar-iyun aylarında nəqliyyat, informasiya və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı barədə
Cari ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 72,1 min muzdlu işçinin 72,3 faizi dövlət müəssisələrində, 27,7 faizi özəl bölmədə çalışmışdır. İşçilərin 52,9 faizi yerüstü və boru kəməri, 13,5 faizi su, 15,0 faizi hava nəqliyyatı, 18,6 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləmişdir.
2012-ci ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 8,3 faiz artaraq 523,3 manat olmuş, bu göstərici hava nəqliyyatında 817,9 manat, dəniz nəqliyyatında 711,1 manat, avtomobil nəqliyyatında 488,4 manat, dəmir yolu nəqliyyatında isə 242,0 manat təşkil etmişdir. Əmək haqqı dəmir yolu nəqliyyatında 12,8 faiz, avtomobil nəqliyyatında 12,1 faiz, dəniz nəqliyyatında isə 6,6 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,9 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,1 faiz artaraq 665,9 manat olmuşdur.
Tel: 538 62 96