Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Statistik məlumat istifadəçilərinin nəzərinə!
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi statistik məlumatlara dair tələb və təkliflərin öyrənilməsi və qarşılıqlı müzakirələrin aparılması məqsədilə istifadəçilərlə “Azərbaycanda ticarət statistikasının təşkili” mövzusunda görüş keçirməyi planlaşdırmışdır. Tədbirdə nazirlik, komitə, özəl müəssisə və aidiyyəti qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.
Görüşdə iştirak etmək istəyənlər avqust ayının 28-də saat 10.00-dan 13.00-dək Dövlət Statistika Komitəsinin inzibati binasında keçiriləcək tədbirdə iştirak etməyə dəvət olunurlar.
Əlaqə telefonu: 538-76-95