Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
Avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,8 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,3 faiz bahalaşmış, birillik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,8 faiz, qarğıdalının 0,2 faiz, arpranın 2,5 faiz, xiyarın 2,3 faiz, quru otun istehsalçı qiymətləri 5,6 faiz bahalaşmış, pomidorun istehsalçı qiymətləri 0,6 faiz, badımcanın 6,8 faiz, yaşıl lobyanın 6,6 faiz, kələmin 0,5 faiz, göyərtilərin 0,2 faiz, baş soğanın 1,0 faiz, qarpız və yemişin istehsalçı qiymətləri isə 22,6 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 0,9 faiz, çiyələyin istehsalçı qiymətləri 0,1 faiz bahalaşmış, armudun istehsalçı qiymətləri 0,1 faiz, şaftalının 2,2 faiz, alçanın 0,1 faiz, qoz və fındığın istehsalçı qiymətləri isə müvafiq olaraq 0,3 faiz və 4,8 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,7 faiz, südün 0,6 faiz, diri qoyun və keçilərin 0,5 faiz, diri ev quşlarının 2,1 faiz, yumurtanın istehsalçı qiymətləri isə 34,4 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,3 faiz, camışın 0,6 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5 faiz ucuzlaşmışdır.
Əlaqə telefonu: 538-52-72