Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin avqust ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
2013-cü ilin avqust ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 2,6 faiz artmış, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 4,9 faiz aşağı düşmüşdür.
Ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 6,6 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 1,0 faiz ucuzlaşmış, xam neft və təbii qaz hasilatı üzrə isə 2,9 faiz bahalaşmışdır.
Avqust ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 1,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,5 faiz, geyim istehsalı və kimya sənayesi üzrə 0,4 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı və toxuculuq sənayesi üzrə 0,3 faiz, mebel istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, tikinti məmulatlarının istehsalı üzrə 2,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,5 faiz, neft məhsullarının istehsali üzrə 1,1 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,5 faiz, qida məhsullarının istehsalı üzrə 0,4 faiz, içki istehsalı üzrə isə istehsalçı qiymətləri 0,2 faiz bahalaşmışdır.
Əlaqə telefonu: 538-52-72