Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əmtəə bazarı haqqında
2013-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət bazarında əhaliyə 12,2 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çox müxtəlif istehlak malları satılmışdır. İstehlak mallarının 52,0 faizini ərzaq, 48,0 faizini qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,3 faiz bəndi artmışdır.
Yanvar-avqust aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,6 milyon manat təşkil etmişdir. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 85,5 faizini hüquqi, 14,5 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 92,0 faizini qeyri-ərzaq malları təşkil etmişdir.
Tel: 538-76-95