2013-cü ilin sentyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

10.10.2013

Sentyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,3 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 2,4 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,0 faiz bahalaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 1,9 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 4,5 faiz, qarğıdalının 0,3 faiz, arpanın 4,7 faiz, xiyarın 1,3 faiz, pomidorun 1,6 faiz, badımcanın 13,4 faiz, bibərin 0,3 faiz, göyərtilərin 3,8 faiz, yoncanın istehsalçı qiymətləri 30,9 faiz bahalaşmış, yaşıl lobyanın istehsalçı qiymətləri 0,7 faiz, lobya dəninin 1,5 faiz, kələmin 1,0 faiz, baş sarımsağın 19,7 faiz, baş soğanın 2,5 faiz, quru otun istehsalçı qiymətləri isə 1,9 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 0,4 faiz, şaftalının 2,9 faiz, gavalı və göyəmin 1,8 faiz, zoğalın istehsalçı qiymətləri 1,9 faiz bahalaşmış, üzümün istehsalçı qiymətləri 4,2 faiz, limonun 5,8 faiz, armudun 1,0 faiz, şabalıdın 5,7 faiz, qozun 1,2 faiz, fındığın istehsalçı qiymətləri isə 16,8 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından südün istehsalçı qiymətləri 2,8 faiz, diri qoyun və keçilərin 0,5 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 2,0 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 0,4 faiz və 0,5 faiz, yumurtanın istehsalçı qiymətləri isə 2,6 faiz ucuzlaşmışdır.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 5,5 faiz bahalaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72