Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin yanvar-sentyabr aylarında yeni yaradılmış müəssisələrin və qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı haqqında
Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, 2013-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə müəssisə və təşkilatların sayı artmaqda davam etmiş və qeydiyyatdan keçmiş 5152 müəssisə və təşkilatın 165-i dövlət mülkiyyətinə, 4493-ü xüsusi mülkiyyətə, 3-ü bələdiyyə mülkiyyətinə, 388-i tam xarici investisiyalı və 103-ü birgə müəssisələrə aid olmuşdur.
Yeni müəssisələrin 55,5 faizi Bakıda, 14,2 faizi Aran, 7,7 faizi Gəncə-Qazax və 7,6 faizi Abşeron iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.
2013-cü ilin oktyabr ayının 1-i vəziyyətinə fərdi sahibkarların sayı 452 mindən çox olmuşdur. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Abşeron və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınmışdır.
Tel: 538-81-97; 538-93-67