Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əmtəə bazarı haqqında
2013-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət bazarında əhaliyə 13,9 milyard manatlıq və ya keçən ilin doqquz ayı ilə müqayisədə 9,6 faiz çox müxtəlif istehlak malları satılmışdır. İstehlak mallarının 51,9 faizini ərzaq, 48,1 faizini qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,1 faiz bəndi artmışdır.
Yanvar-sentyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,8 milyon manat təşkil etmişdir. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 84,7 faizini hüquqi, 15,3 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 91,3 faizini qeyri-ərzaq malları təşkil etmişdir.
Tel: 538-76-95