Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Statistik məlumatların istifadəçilərinin nəzərinə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Sizi (və ya nümayəndənizi) "Sənaye və tikinti statistikası sahəsində statistik uçotun onlayn rejiminə keçidi ilə bağlı görülən işlər, yaranan problemlərin həlli yolları" və "Enerji balansı və enerji səmərəliliyini əhatə edən göstəricilər" mövzusunda təşkil olunacaq seminara dəvət edir. Seminar 2013-cü il oktyabrın 25-i saat 11-də Komitənin inzibati binasının iclas zalında (I mərtəbə) keçiriləcəkdir.