2013-cü ilin oktyabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

05.11.2013

2013-cü ilin oktyabr ayında ərzaq məhsullarının qiymətlərinin 1,2 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin 0,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,2 faiz bahalaşması, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,7 faiz bahalaşmasına səbəb olmuşdur.
Ay ərzində mal ətinin, qarabaşaq yarmasının, almanın, heyvanın, narın, limonun, naringinin, qozun, şabalıdın, kələmin, çuğundurun, kökün, balqabağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, unun, düyünün, makaronun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
Oktyabr ayında qeyri-ərzaq mallarından parçaların, alət və avadanlıqların, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində ucuzlaşma, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, məişət cihazlarının, inşaat materiallarının, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
Əhaliyə göstərilən pullu xidmətlərdən dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri oktyabr ayında ucuzlaşmış, ali təhsil müəssələrində təhsil haqlarının, paltarların təmizlənməsi, təmiri və kirayəsinin qiymət və tarifləri isə bahalaşmışdır.

Tel:538-52-72