2013-cü ilin yanvar-sentyabr aylarında nəqliyyat, informasiya və rabitə işçilərinin sayı və orta aylıq əmək haqqı barədə

06.11.2013

Cari ilin doqquz ayında nəqliyyat müəssisələrində işləyən 72,5 min muzdlu işçinin 72,2 faizi dövlət müəssisələrində, 27,8 faizi özəl bölmədə çalışmışdır. İşçilərin 52,8 faizi yerüstü və boru kəməri, 13,5 faizi su, 15,1 faizi hava nəqliyyatı, 18,6 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləmişdir.
2012-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 7,1 faiz artaraq 530,0 manat olmuş, bu göstərici hava nəqliyyatında 819,7 manat, dəniz nəqliyyatında 728,5 manat, metro nəqliyyatında 529,8 manat, avtomobil nəqliyyatında 496,8 manat, dəmir yolu nəqliyyatında isə 242,3 manat təşkil etmişdir. Əmək haqqı dəmir yolu nəqliyyatında 9,0 faiz, metro nəqliyyatında 7,0 faiz, dəniz nəqliyyatında 5,6 faiz, avtomobil nəqliyyatında isə 4,9 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,9 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,0 faiz artaraq 668,8 manat olmuşdur.

Tel: 538-62-96