Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin noyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
Noyabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,3 faiz, çox illik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,6 faiz bahalaşmışdır.
Birillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 0,3 faiz, arpanın 0,9 faiz, yaşıl lobyanın 0,3 faiz, lobya dəninin 5,2 faiz, göyərtilərin 0,8 faiz, xiyarın 2,0 faiz, pomidorun 1,0 faiz, bibərin 0,5 faiz, badımcanın 0,6 faiz, baş sarımsağın 0,6 faiz, baş soğanın 0,2 faiz, kartofun 0,1 faiz, quru otun 1,7 faiz, yoncanın istehsalçı qiymətləri 4,0 faiz bahalaşmış, buğdanın istehsalçı qiymətləri 1,0 faiz, kələmin istehsalçı qiymətləri isə 1,2 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 16,8 faiz, feyxoanın 14,1 faiz, limonun istehsalçı qiymətləri 9,2 faiz ucuzlaşmış, üzümün istehsalçı qiymətləri 1,7 faiz, narın 28,5 faiz, armudun 11,0 faiz, qozun 1,4 faiz, fındığın istehsalçı qiymətləri isə 16,2 faiz bahalaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 1,0 faiz, yumurtanın istehsalçı qiymətləri 3,7 faiz ucuzlaşmış, diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,6 faiz, mal və qoyun ətinin (diri çəkidə) müvafiq olaraq 0,2 və 0,9 faiz, təbii balın 0,3 faiz, südün istehsalçı qiymətləri isə 0,4 faiz bahalaşmışdır.
Əlaqə telefonu: 538-52-72