Əmtəə bazarı haqqında

09.12.2013

2013-cü ilin yanvar-noyabr aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 17,2 milyard manatlıq və ya keçən ilin on bir ayı ilə müqayisədə 9,7 faiz çox əmtəə satılmışdır. İstehlak mallarının 51,7 faizini ərzaq, 48,3 faizini qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,0 faiz bəndi artmışdır.
Yanvar-noyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,6 dəfə artaraq 2,3 milyon manat təşkil etmişdir. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 83,0 faizini hüquqi, 17,0 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 89,6 faizini qeyri-ərzaq malları təşkil etmişdir.

Telefon: 538-76-95