2013-cü ilin noyabr ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında

10.12.2013

2013-cü ilin noyabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1 faiz ucuzlaşmış, yükdaşıma tarifləri 2,1 faiz bahalaşmışdır.
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,2 faiz ucuzlaşmışdır.
Hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 1,0 faiz ucuzlaşmış, digər xarici ölkələr üzrə isə 1,3 faiz bahalaşmışdır.
Ay ərzində dəniz nəqliyyatında sərnişindaşıma tarifləri üzrə 1,5 faiz ucuzlaşma müşahidə edilmişdir. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 4,0 faiz bahalaşmışdır.
Avtomobil nəqliyyatında yükdaşıma tarifləri 0,8 faiz ucuzlaşmışdır.


Əlaqə telefonu: 538-52-72