Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin noyabr ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
2013-cü ilin noyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 7,0 faiz bahalaşmış, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 4,5 faiz aşağı düşmüşdür.
2013-cü ilin noyabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri, metal filizlərinin hasilatı və daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,1 faiz ucuzlaşmış, xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri isə 8,2 faiz bahalaşmışdır.
Noyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri qida məhsullarının istehsalı üzrə 2,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə 1,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,3 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 1,1 faiz, içki istehsalı üzrə 0,7 faiz, toxuculuq sənayesi üzrə 0,3 faiz, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,2 faiz, geyim istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, elektrik avadanlıqlarının istehsalı və poliqrafiya fəaliyyəti üzrə 2,4 faiz, kimya sənayesi üzrə 2,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,8 faiz, tütün məmulatlarının istehsalı üzrə 1,3 faiz, mebel istehsalı üzrə və metallurgiya sənayesi üzrə 0,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 0,6 faiz, kağız və karton istehsalı 0,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,2 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı və həmçinin kompüter, elektron və optik məhsulların istehsalı üzrə istehsalçı qiymətləri 0,1 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.
Əlaqə telefonu: 538-52-72