Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin məhsulu üçün payızlıq bitkilər səpininin gedişi barədə
Təsərrüfatlarda payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir. Cari il dekabr ayının 1-i vəziyyətinə 934,8 min hektar sahədə payızlıq bitkilər, o cümlədən 918,3 min hektarda dən üçün payızlıq bitkilər səpilmişdir. Dən üçün payızlıq bitkilərin 616,7 min hektarını (67,2 faizi) buğda, 301,6 min hektarını (32,8 faizini) isə arpa təşkil etmişdir.
2012-ci ilin müvafiq dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin əkin sahəsi 3,2 faiz, o cümlədən arpanın əkin sahəsi 11,4 faiz artmış, buğdanın əkin sahəsi isə 0,4 faiz azalmışdır. Payızlıq bitkilərin səpini barədə daha ətraflı məlumat aşağıdakı cədvəldə verilmişdir.
2013-cü il (yanvar-noyabr) | 2012-ci il (yanvar-noyabr) | 2013-cü il 2012-ci ilə nisbətən, %-lə | |
Dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir - cəmi, hektar | 934 811 | 900 069 | 103,9 |
o cümlədən dən üçün | 918 296 | 890 041 | 103,2 |
ondan: | |||
buğda | 616 675 | 619 343 | 99,6 |
arpa | 301 562 | 270 673 | 111,4 |
Telefon:5387357