Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri
Cari ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artaraq 32,3 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 6,5 faiz artaraq 3471,7 manat və ya orta hesabla ayda 315,6 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4,2 faiz bəndi üstələyərək 6,5 faiz olmuşdur.
Bu dövr ərzində ölkə əhalisi tərəfindən gəlirlərin 68,0 faizi son istehlak xərclərinə, 9,0 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 21,2 faizi isə yığıma yönəldilmişdir.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 29,4 milyard manat həcmində və ya əvvəlki ildəkindən 7,9 faiz çox vəsait qalmışdır.
Tel: 538-90-98