Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Əmtəə bazarı haqqında
2013-cü ildə istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 19,7 milyard manatlıq və ya 2012-ci il ilə müqayisədə 9,9 faiz çox əmtəə satılmışdır. İstehlak mallarının 51,7 faizini ərzaq, 48,3 faizini qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,7 faiz bəndi artmışdır.
2013-cü ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilə nisbətən 1,6 dəfə artaraq 2,6 milyon manat təşkil etmişdir. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 82,6 faizini hüquqi, 17,4 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 89,7 faizini qeyri-ərzaq malları təşkil etmişdir.
Tel: 538-76-95