Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İdxal – ixrac əməliyyatları haqqında
2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 148 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 102 ölkəyə əmtəə ixrac olunmuş, 140 ölkədən idxal olunmuşdur. Xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya ölkələri və digərləridir.
On bir ay ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 39,7 milyard ABŞ dolları təşkil etmiş və 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4,0 faiz artmışdır. Dövriyyənin 30,0 milyard dolları ixracın, 9,7 milyard dolları idxalın payına düşmüş, nəticədə 20,3 milyard dollarlıq müsbət saldo yaranmışdır.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı 2012-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 7,4 faiz artaraq 1,6 milyard dollar təşkil etmişdir. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 10,1 dollar artaraq 172,9 dollara bərabər olmuşdur.
Tel: 538-76-95