2013-cü ilin dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

14.01.2014

Dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,6 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz bahalaşmış, çox illik bitkilərin istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşmışdır.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9 faiz, qarğıdalının istehsalçı qiymətləri 5,0 faiz ucuzlaşmış, arpanın istehsalçı qiymətləri 1,2 faiz, lobya dəninin 2,2 faiz, kartofun 3,5 faiz, baş soğanın 2,9 faiz, baş sarımsağın 0,2 faiz, göyərtilərin 0,7 faiz, quru otun 1,4 faiz, yoncanın istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşmışdır.
Çoxillik bitkilərdən armudun istehsalçı qiymətləri 11,6 faiz, narın 0,5 faiz, feyxoanın 8,7 faiz, şabalıdın 9,1 faiz, qozun 3,7 faiz, fındığın istehsalçı qiymətləri 1,5 faiz bahalaşmış, limonun istehsalçı qiymətləri 8,5 faiz, portağalın 12,7 faiz, naringinin istehsalçı qiymətləri isə 17,5 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,2 faiz, qoyun ətinin (diri çəkidə) 0,3 faiz, təbii balın istehsalçı qiymətləri 0,3 faiz ucuzlaşmış, südün istehsalçı qiymətləri 1,1 faiz, quş ətinin (diri çəkidə) 0,3 faiz, yumurtanın istehsalçı qiymətləri isə 6,5 faiz bahalaşmışdır.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,6 faiz bahalaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72