2013-cü ilin dekabr ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

14.01.2014

2013-cü ilin dekabr ayında ərzaq məhsullarının qiymətlərinin 2,6 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin 2,7 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,4 faiz bahalaşması, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,9 faiz bahalaşmasına səbəb olmuşdur.
Ay ərzində limonun, portağalın, naringinin, çuğundurun, kökün qiymətlərində ucuzlaşma, unun, düyünün, makaronun, mal və qoyun ətinin, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, bitki yağlarının, almanın, armudun, heyvanın, narın, bananın, qozun, fındığın, şabalıdın, kələmin, göyərtinin, kartofun, soğanın, sarımsağın, şəkərin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
Dekabr ayında qeyri-ərzaq mallarından iri alət və avadanlıqların, minik avtomobillərinin, telefon faksimil cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində ucuzlaşma, geyim və ayaqqabıların, minik avtomobilləri üçün ehtiyyat hissələrinin, kitabların, yanacaq və sürtkü materiallarının qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
Əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə dəmiryol və hava sərnişindaşıma nəqliyyatı tarifləri dekabr ayında bahalaşmışdır.

Əlaqə telefonu: 538-52-72