2013-cü ildə yaradılmış hüquqi və fiziki şəxslər haqqında

16.01.2014

2013-cü ildə ölkədə hüquqi və fiziki şəxslərin sayı artmaqda davam etmiş və qeydiyyata alınmış 7879 hüquqi şəxsin 211-i dövlət mülkiyyətinə, 6-sı bələdiyyə mülkiyyətinə, 6956-sı isə xüsusi mülkiyyətə aid olmuşdur. Ümumi qeydiyyata alınmışlardan 568-i tam xarici investisiyalı, 138-i isə birgə müəssisələrdir.
Yeni müəssisələrin 54,5 faizi Bakıda, 12,6 faizi Aran, 6,5 faizi Abşeron, 7,0 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatına əsasən, keçən il ərzində 65080 fiziki şəxs qeydiyyatdan keçmişdir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

Tel: 538-81-97; 538-93-67