Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ildə sənayenin işi haqqında
2013-cü ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 33,7 milyard manat təşkil edərək əvvəlki illə müqayisədə 1,8 faiz çox olmuşdur.
Sənayenin ibarət olduğu mədənçıxarma, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin hamısında 2012-ci illə müqayisədə istehsalın artımı qeydə alınmışdır.
İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 20,1 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin səviyyəsini 4,8 faiz, neft-qaz sektorunda isə 1,1 faiz üstələmişdir. İl ərzində 43,1 milyon ton neft, 17,9 milyard kub metr əmtəəlik təbii qaz hasil edilmişdir. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, əczaçılıq, tikinti materiallarının, metallurgiya, elektrik avadanlıqlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.
Tel: 539-87-17