Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ildə əhalinin gəlirləri
İlkin hesablamalara görə 2013-cü ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 8,0 faiz artaraq 37,6 milyard manata çatmış, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi orta hesabla 4039,6 manat və ya ayda 336,6 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4,2 faiz bəndi üstələyərək 6,6 faiz olmuşdur.
Gəlirlərin 64,3 faizi son istehlaka, 8,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 25,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
2013-cü ildə əhalinin sərəncamında qalan gəlir 34,5 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 8,0 faiz artmışdır.
Əlaqə telefonu: 538 90 98