Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2013-cü ilin IV rübündə tikinti işlərində qiymətlərin dəyişməsi
2013-cü ilin IV rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,7 faiz bahalaşmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 0,8 faiz, yol və körpü tikintisində isə 0,2 faiz bahalaşma müşahidə edilmişdir.
Cari ilin IV rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,6 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 1,1 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,9 faiz bahalaşmışdır.
Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,5 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,6 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,5 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 1,2 faiz, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,9 faiz bahalaşmışdır.
Yol tikintisi üzrə qiymətlər 0,1 faiz, körpü tikintisi üzrə isə qiymətlər 1,1 faiz bahalaşmışdır.
Əlaqə telefonu: 538-52-72