Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
İdxal – ixrac əməliyyatları haqqında
2013-cü ildə Azərbaycan Respublikasının rezidentləri dünyanın 149 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 105 ölkəyə əmtəə ixrac olunmuş, 141 ölkədən idxal olunmuşdur. Xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya ölkələri və digərləridir.
İl ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 43,5 milyard ABŞ dolları təşkil etmiş və 2012-ci illə müqayisədə 2,7 faiz artmışdır. Dövriyyənin 32,8 milyard dolları ixracın, 10,7 milyard dolları idxalın payına düşmüş, nəticədə 22,1 milyard dollarlıq müsbət saldo yaranmışdır.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı 2012-ci illə müqayisədə 6,0 faiz artaraq 1773,0 milyon dollar təşkil etmişdir. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 8,3 dollar artaraq 190,7 dollara bərabər olmuşdur.
Tel: 538-76-95