2014-cü ilin yanvar ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında

13.02.2014

2014-cü ilin yanvar ayında nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 1,2 faiz ucuzlaşmış, yükdaşıma tarifləri isə sabit qalmışdır.
Ay ərzində MDB ölkələrinə hava nəqliyyatı və dəmir yolu nəqliyyatı üzrə sərnişindaşıma tarifləri müvafiq olaraq 5,0 və 7,5 faiz, digər xarici ölkələrə hava nəqliyyatı üzrə sərnişindaşıma tariflərində isə 6,2 faiz ucuzlaşma müşahidə olunmuşdur.
Yanvar ayında dəniz nəqliyyatında MDB ölkələri üzrə yükdaşıma tarifləri 7,4 faiz bahalaşmışdır. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi üzrə 3,9 faiz ucuzlaşma, qazın nəql olunma tarifi üzrə isə 2,5 faiz bahalaşma müşahidə olunmuşdur.
Avtomobil nəqliyyatında sərnişindaşıma tarifləri 0,2 faiz, yükdaşıma tarifləri isə 4,7 faiz bahalaşmışdır.

Tel: 538 52 72