Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin yanvar ayında sənayenin işi haqqında
2014-cü ilin yanvar ayında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 2,8 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Sənaye məhsulunun 72,7 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 3,6 milyon ton neft, 1,6 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdir. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 19,7 faizini təşkil etmiş, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilmişdir. İstehsal edilmiş sənaye məhsulunun 7,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar ayının səviyyəsini 5,6 faiz üstələmiş, neft-qaz sektorunda isə 5,2 faiz azalmışdır. Ümumi sənaye istehsalının 93,9 faizi malların (əmtəələrin), 6,1 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 81,9 faizi özəl bölmədə istehsal olunmuşdur.
Tel. 539-87-17