2014-cü ilin yanvar ayında Ümumi Daxili Məhsul istehsalı

18.02.2014

2014-cü ilin ilk ayında ölkədə 4,4 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal edilmiş, ÜDM-in əhalinin hər nəfərinə həcmi 465,6 manat və ya 593,6 ABŞ dolları təşkil etmişdir.
İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 7,7 faiz artaraq 2,3 milyard manat və ya ÜDM-in 53,8 faizini təşkil etmişdir. Ümumi daxili məhsulun müvafiq olaraq 46,2 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşmüş və 6,0 faiz azalmışdır.
Yanvar ayında ÜDM-in 50,1 faizi sənayedə, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 7,8 faizi tikintidə, 7,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 5,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitə xidmətlərində, 15,6 faizi sosial və digər xidmətlər sahəsində istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 6,7 faizini təşkil etmişdir.

Əlaqə telefonu: 538-74-50