Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin fevral ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında
2014-cü ilin fevral ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz bahalaşmış, sərnişindaşıma tarifləri isə sabit qalmışdır.
Ay ərzində hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 5,3 faiz ucuzlaşmış, digər xarici ölkələr üzrə isə 3,8 faiz bahalaşmışdır.
Fevral ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 0,2 faiz, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 18,7 faiz bahalaşmışdır.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi üzrə 0,3 faiz bahalaşma müşahidə olunmuşdur.
Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmamışdır.
Tel: 538-52-72