Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin fevral ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
Fevral ayında satılmış kənd təsərrüfatı məhsullarından çoxillik bitkilərin istehsalçı qiymətlərinin 4,7 faiz ucuzlaşmasına, birillik bitkilərin istehsalçı qiymətlərinin 0,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin isə 0,8 faiz bahalaşmasına baxmayaraq ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalmışdır.
Birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 0,1 faiz, kartofun 0,3 faiz, lobya dəninin 0,4 faiz, kələmin 1,1 faiz, qırmızı turpun 0,1 faiz, baş sarımsağın 0,6 faiz, göy soğanın 1,9 faiz, quru otun 0,4 faiz, yoncanın istehsalçı qiymətləri 1,9 bahalaşmış, baş soğanın istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən almanın və limonun istehsalçı qiymətləri müvafiq olaraq 29,1 və 3,4 faiz ucuzlaşmış, heyvanın istehsalçı qiymətləri 1,3 faiz, şabalıdın 0,3 faiz, fındığın istehsalçı qiymətləri isə 4,6 faiz bahalaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,0 faiz, qoyun ətinin (diri çəkidə) 0,8 faiz, camışın 0,6 faiz, südün 0,1 faiz, quş ətinin (diri çəkidə) 4,9 faiz, yumurtanın istehsalçı qiymətləri 0,3 bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində mal ətinin (diri çəkidə) 0,4 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşmışdır.
Meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 0,2 faiz bahalaşma müşahidə olunmuşdur.
Əlaqə telefonu: 538-52-72