2014-cü ilin mart ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

14.04.2014

Mart ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşmış, birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri isə müvafiq olaraq 0,1 və 0,2 faiz bahalaşmışdır.
Birillik bitkilərdən lobya dəninin istehsalçı qiymətləri 0,5 faiz, kələmin 1,0 faiz, kartofun 0,2 faiz, quru otun istehsalçı qiymətləri 0,6 faiz bahalaşmış, göyərtilərin istehsalçı qiymətləri 1,1 faiz, baş sarımsağın 0,1 faiz, baş soğanın 0,2 faiz, yoncanın istehsalçı qiymətləri isə 2,4 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən fındığın və qozun istehsalçı qiymətləri müvafiq olaraq 2,7 və 0,5 faiz bahalaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri 3,3 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,6 faiz, camışın 2,2 faiz, mal ətinin (diri çəkidə) 0,3 faiz, südün 1,8 faiz, diri qoyun və keçilərin 1,1 faiz, yumurtanın istehsalçı qiymətləri isə 4,6 faiz ucuzlaşmışdır. Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 4,0 faiz bahalaşma müşahidə olunmuşdur.

Tel: 538-52-72