Əmtəə bazarı haqqında

14.04.2014

2014-cü ilin yanvar-mart aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 5,1 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çox əmtəə satılmışdır. İstehlak mallarının 2,7 milyard manatını qida məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,5 faiz bəndi artmışdır.
Cari ilin birinci rübündə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-mart aylarına nisbətən 31,0 faiz artaraq 683,7 min manat təşkil etmişdir. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 81,7 faizini hüquqi, 18,3 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 91,6 faizini qeyri-ərzaq malları təşkil etmişdir.

Tel: 538-76-95