2014-cü ilin aprel ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında

07.05.2014

Aprel ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,1 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri 2,4 faiz bahalaşmış, birillik bitkilərin istehsalçı qiymətləri isə əvvəlki ayla müqayisədə eyni səviyyədə qalmışdır.
Birillik bitkilərdən kələmin istehsalçı qiymətləri 2,2 faiz, kartofun 0,3 faiz, baş soğanın istehsalçı qiymətləri 0,4 faiz bahalaşmış, göyərtilərin istehsalçı qiymətləri 0,2 faiz, qırmızı turpun 4,8 faiz, göy soğanın 2,0 faiz, quru otun 0,5 faiz, yoncanın istehsalçı qiymətləri isə 3,0 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 0,2 faiz, almanın 13,9 faiz, fındığın istehsalçı qiymətləri 10,0 faiz bahalaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından camışın istehsalçı qiymətləri 1,6 faiz, mal və qoyun ətinin (diri çəkidə) 0,1 faiz, diri qoyun və keçilərin 0,2 faiz, südün istehsalçı qiymətləri 0,1 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,7 faiz, diri ev quşlarının 4,2 faiz, quş ətinin (diri çəkidə) 0,6 faiz, yumurtanın istehsalçı qiymətləri isə 7,6 faiz ucuzlaşmışdır.
Ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləridə 0,1 faiz, balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,4 faiz ucuzlaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72