Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
2014-cü ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə eyni səviyyədə qalmış, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 0,1 faiz artmış, emal sənayesi üzrə isə 0,4 faiz aşağı düşmüşdür.
2014-cü ilin aprel ayında mədənçıxarma sənayesi bölməsində daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 6,3 faiz ucuzlaşmış, metal filizlərinin hasilatı üzrə 3,0 faiz, xam neft və təbii qaz hasilatı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşmışdır.
Aprel ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 5,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 4,1 faiz, maşın və avadanlıqlardan başqa hazır metal mımulatlarının istehsalı üzrə 3,8 faiz, tütün məmulatlarının istehsalı üzrə 0,9 faiz, neft məhsullarının istehsalı və mebel istehsalı üzrə 0,8 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,4 faiz, geyim istehsalı üzrə 0,3 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,2 faiz ucuzlaşmış, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 3,6 faiz, toxuculuq sənayesi üzrə 3,0 faiz, metallurgiya sənayesi üzrə 1,6 faiz, qida məhsullarının istehsalı üzrə 1,2 faiz, maşın və avadanlıqların istehsalı üzrə 1,1 faiz, kimya sənayesi üzrə 1,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,8 faiz, kağız və karton istehsalı üzrə isə istehsalçı qiymətləri 0,7 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.
Əlaqə telefonu: 538-52-72