2014-cü ilin may ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında

06.06.2014

2014-cü ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşmışdır.
Ay ərzində buğda ununun, qarabaşaq yarmasının, mal və toyuq ətinin, balıq və balıq məhsullarının, pasterizə olunmamış üzlü südün, qatığın, şorun, yumurtanın, bananın, alçanın, çiyələyin, kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın, sarımsağın, kartofun, qurudulmuş üzümün, qurudulmuş xurmanın, şəkər tozunun qiymətlərində ucuzlaşma, düyünün, makaron və vermişelin, kərə yağının, zeytun yağının, limonun, almanın, armudun, şabalıdın, çuğundurun, kökün qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72