2014-cü ilin may ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında

09.06.2014

2014-cü ilin may ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,7 faiz, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşmışdır.
Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,1 faiz, digər xarici ölkələr üzrə 7,5 faiz ucuzlaşma müşahidə olunmuşdur.
May ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,7 faiz ucuzlaşmışdır.
MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 11,3 faiz ucuzlaşmış, dəniz nəqliyyatında isə yükdaşıma tarifləri 4,0 faiz bahalaşmışdır.
Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 4,0 faiz ucuzlaşma müşahidə olunmuşdur.

Əlaqə telefonu: 538-52-72