Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin may ayında sənaye məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
2014-cü ilin may ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 2,4 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,7 faiz artmış, emal sənayesi üzrə istehsalçı qiymətləri isə eyni səviyyədə qalmışdır.
2014-cü ilin may ayında mədənçıxarma sənayesi bölməsində xam neft və təbii qaz hasilatı üzrə isə istehsalçı qiymətləri 2,7 faiz bahalaşmış, metal filizlərinin hasilatı üzrə 2,3 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşmışdır.
May ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri qida məhsullarının istehsalı üzrə 1,9 faiz, kağız və karton istehsalı üzrə 1,7 faiz, kimya sənayesi üzrə 0,5 faiz, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,1 faiz ucuzlaşmış, kompyuter və digər elektron avadanlıqların istehsalı üzrə 11,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 4,0 faiz, metallurgiya sənayesi üzrə 1,3 faiz, içki istehsalı üzrə 1,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,9 faiz, tikinti məmulatlarının istehsalı və mebel istehsalı üzrə 0,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,4 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə istehsalçı qiymıtləri 0,1 faiz bahalaşmışdır.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmamışdır.
Əlaqə telefonu: 538-52-72