Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin may ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında
May ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,8 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,0 faiz ucuzlaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 3,0 faiz bahalaşmışdır.
Birillik bitkilərdən pomidorun istehsalçı qiymətləri 0,7 faiz, kartofun və baş soğanın 0,1 faiz, lobya dəninin 3,1 faiz, yoncanın istehsalçı qiymətləri 4,7 faiz bahalaşmış, buğdanın istehsalçı qiymətləri 1,9 faiz, kələmin 1,2 faiz, göyərtilərin 1,4 faiz, xiyarın 10,1 faiz, baş sarımsağın 1,2 faiz, göy soğanın 0,4 faiz, quru otun istehsalçı qiymətləri isə 0,9 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 19,3 faiz bahalaşmış, fındığın istehsalçı qiymətləri 4,9 faiz, limonun istehsalçı qiymətləri 1,7 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,3 faiz, südün istehsalçı qiymətləri 2,6 faiz bahalaşmışdır. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,6 faiz, camışın 2,6 faiz, mal ətinin (diri çəkidə) 1,0 faiz, diri ev quşlarının 3,7 faiz, quş ətinin (diri çəkidə) 14,9 faiz, yumurtanın 7,1 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşmışdır.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmamışdır.
Əlaqə telefonu: 538-52-72