2014-cü ilin yanvar-may aylarında sənayenin işi haqqında

11.06.2014

2014-cü ilin yanvar-may aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 14,1 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Sənaye məhsulunun 73,3 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 17,7 milyon ton neft, 7,6 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilmişdir. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 20,5 faizini təşkil etmiş, qida, geyim, ağac emalı və ağacdan məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilmişdir. İstehsal edilmiş sənaye məhsulunun 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-may aylarının səviyyəsini 3,4 faiz üstələmiş, neft-qaz sektorunda isə 3,0 faiz azalmışdır. Ümumi sənaye istehsalının 93,4 faizi malların (əmtəələrin), 6,6 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 79,7 faizi özəl bölmədə istehsal olunmuşdur.

Tel: 539-87-17