Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin yanvar-may aylarında ümumi daxili məhsul istehsalı
2014-cü ilin yanvar-may ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 23,4 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi 1,4 faiz artaraq 2499,8 manat (3187,4 ABŞ dolları) təşkil etmişdir.
Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,7 faizdən 55,4 faizədək yüksəlmişdir.
ÜDM-in 61,2 faizi istehsal sahələrində, o cümlədən 47,0 faizi sənayedə, 11,5 faizi tikintidə, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 31,7 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Xidmət sektorunda əlavə dəyər istehsalının 25,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,2 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 44,8 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilmişdir.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil etmişdir.
Əlaqə telefonu: 538 74 50