Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin birinci rübündə ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyalar haqqında
2014-cü ilin birinci rübündə ölkə iqtisadiyyatına 3,6 milyard ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 25,1 faiz çox xarici investisiyalar yönəldilmişdir. İnvestisiyaların 14,5 faizi iqtisadiyyata maliyyə kreditləri, 53,0 faizi birbaşa, 32,5 faizi isə portfel və digər investisiyalar şəklində daxil olmuşdur.
Birbaşa investisiyaların həcmi 1,9 milyard dollar təşkil edərək 2013-cü ilin eyni dövrü ilə müqayisədə 34,6 faiz artmış, onun 1,6 milyard dolları və ya 86,3 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilmişdir.
Bu dövrdə ölkə rezidentlərinə 521,3 milyon ABŞ dolları ekvivalentində və ya əvvəlki ildəkindən 3,1 faiz çox xarici kreditlər təqdim edilmişdir.
Əlaqə telefonu: 538 74 50