Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
“Azərbaycanda informasiya cəmiyyəti” statistik məcmuəsi nəşr olunmuşdur
Statistik məcmuədə 2008-2013-cü illər üzrə ev təsərrüfatlarında və müəssisələrdə İKT sistemləri, kompüterlərin mövcudluğu və onlardan istifadə olunması, internetə çıxış imkanları, istifadəsi, əhalinin elektron bilikləri, habelə İKT sektoru üzrə əsas makro göstəricilər və İKT məhsullarının idxalı və ixracı haqqında geniş məlumatlar əks olunmuşdur.
Məcmuənin quruluşu, verilmiş məlumatların seçimi və onların ölçü vahidlərinin müəyyənləşdirilməsi, göstəricilərin ardıcıllığı və digər metodoloji işlərin aparılması beynəlxalq təşkilatların müvafiq metodoloji vəsaitləri əsasında tərtib olunmuşdur.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "İnformasiya cəmiyyəti" bölməsindən, nəşr versiyasını isə "Azərbaycanda informasiya cəmiyyəti, 2014" (52.2 MB) linki vasitəsilə əldə etmək olar.