Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
“Azərbaycanın ərzaq balansları” statistik məcmuəsi nəşr olunmuşdur
İstifadəçilərə təqdim edilən “Azərbaycanın ərzaq balansları” adlı statistik məcmuədə 2007, 2010-2013-cü illərin məlumatları verilmişdir.
Məcmuə beş bölmədən ibarətdir. Birinci bölmədə bitkiçilik məhsulları, ikinci bölmədə heyvandarlıq məhsulları, üçüncü bölmədə sənaye mənşəli ərzaq məhsullarının ehtiyatları və istifadələrinə dair statistik məlumatlar: mütləq kəmiyyətlər üzrə verilmişdir. Dördüncü bölmədə özünütəminetmə və idxaldan asılılıq səviyyəsini xarakterizə edən statistik məlumatlar verilir. Sonuncu, beşinci bölmədə ərzaq balanslarının hazırlanması üçün istifadə edilən metodologiya verilmişdir.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Ərzaq balansları" bölməsindən, nəşr versiyasını isə "Azərbaycanın ərzaq balansları, 2014" (3.30 MB) linki vasitəsilə əldə etmək olar.