Əmtəə bazarı haqqında

11.07.2014

2014-cü ilin birinci yarısında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 10,1 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz çox əmtəə satılmışdır. İstehlak mallarının 5,1 milyard manatını qida məhsulları, içkilər və tütün məmulatları, 5,0 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,5 faiz bəndi artmışdır.
Cari ilin altı ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyun aylarına nisbətən 15,8 faiz artaraq 1,3 milyon manat təşkil etmişdir. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,7 faizini hüquqi, 21,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 90,6 faizini qeyri-ərzaq malları təşkil etmişdir.

Tel: 538-76-95