11 iyul Ümumdünya Əhali Günüdür
Аzərbаycаndа dеmоqrаfik vəziyyət

11.07.2014

Ölkə əhalisinin sayı ilin əvvəlindən 43,2 min nəfər və ya 0,5 faiz artaraq 2014-cü il iyun ayının 1-i vəziyyətinə 9520,3 min nəfərə çatmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfərdir. Əhalinin ümumi sayının 53,2 faizini şəhər, 46,8 faizini isə kənd sakinləri təşkil edir, 49,7 faizi kişilərdən, 50,3 faizi qadınlardan ibarətdir. Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür.
Cari ilin ilk 5 ayı ərzində ölkədə 67,3 min, yaxud hər gün orta hesabla 445 körpə doğulmuş, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,3 olmuşdur. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır. Körpələrin 1150-si əkiz, 30-u isə üçəm doğulmuşdur. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.
Bütün ömür boyu uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.
İlin əvvəlindən ölkədə 24,4 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı dəyişməyərək eyni səviyyədə (6,3) qalmışdır.
Bu ilin yanvar-may ayları ərzində rəsmi orqanlar tərəfindən 30,9 min nikah və 5,0 min boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikah və boşanmaların sayı dəyişməyərək eyni səviyyədə (müvafiq olaraq 7,9 və 1,3) qalmışdır.
Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən cari ilin 5 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 675 nəfər gələn və 319 nəfər ölkədən gedən qeydə alınmışdır.

Tel: 538-51-43