Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2014-cü ilin iyun ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında
2014-cü ilin iyun ayında ərzaq məhsullarının qiymətləri 2,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz ucuzlaşmış, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,2 faiz bahalaşmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,2 faiz ucuzlaşmışdır.
Ay ərzində qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətlərinin, südün, zeytun və günəbaxan yağlarının, alçanın, gilasın, albalının, əriyin, çiyələyin, kələmin, xiyarın, pomidorun, badımcanın, göy lobyanın, çuğundurun, soğanın, sarımsağın, kartofun qiymətlərində ucuzlaşma, düyünün, unun, makaron və vermişelin, kərə yağının, yumurtanın, almanın, şabalıdın, kökün, şəkər tozunun, süfrə duzunun qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
İyun ayında qeyri-ərzaq mallarından geyim və ayaqqabıların, inşaat materiallarının, xalça və digər döşəmə örtüklərinin, məişət cihazlarının qiymətlərində ucuzlaşma, parçaların, mebel və ev əşyalarının, alət və avadanlıqların, zərgərlik məmulatlarının qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən hava və dəmiryolu sərnişindaşıma tarifləri bahalaşmışdır.
Əlaqə telefonu: 538-52-72